Menu

Bayden rekord hərbi büdcəni təsdiqlədi

23.12.2023, 14:22
Bayden rekord hərbi büdcəni təsdiqlədi

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə milli müdafiəyə rekord məbləğdə - 886 milyard dollar ayıran qanunu imzalayıb.

"Qanunvericilik gələcək münaqişələrin qarşısını almaq üçün ehtiyac duyduğumuz ordunu qurmaq üçün lazım olan kritik səlahiyyətləri təmin edir və hər gün bu missiyanı yerinə yetirən hərbçilərə, onların həyat yoldaşlarına və ailələrinə dəstək verir", - Bayden bildirib.

Digər məsələlərlə yanaşı, qanun Çini Hind-Sakit okean regionunda dayandırmaq üçün 11,5 milyard dollar, habelə Ukraynaya Rusiya təcavüzü ilə mübarizədə kömək etmək üçün 800 milyon dollar nəzərdə tutur.

Oktyabr ayında Baydenin Konqresdən tələb etdiyi daha 106 milyard dollarlıq büdcə tranşı hələ təsdiqlənməyib. Bu paketə Ukraynaya 61 milyard dollar hərbi yardım və İsrailə 14 milyard dollar yardım daxildir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol