Seçicilər səsvermə yeri və vaxtı barədə məlumatlandırılacaq. Bununla bağlı seçicilərə bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
O bildirib ki, bununla bağlı MSK xüsusi sənəd qəbul edib: “Bu sənədin tələb etdiiy digər məsələ həmin sənədlərin çapı ilə bağlıdır. Səsvermə gününə 40 gün qalanadək bildirişlərin hazırlanması sənəddə öz əksini tapmalıdır. Bu sahədə müsbət təcrübə, ənənəmiz mövcuddur. Sənəddə özünün və səsverəcəyi məntəqənin ünvanı da öz əksini tapacaq. Bildirişlərdə səsvermə proseduru ilə bağlı müfəssəl məlumat yerləşdiriləcək. Ümumilikdə bu bildirişlər respublika üzrə seçici sayının 3 faizi qədər çap olunacaq. MSK-nın qərarına əsasən, 6 milyon 524 min 203 bildiriş müəyyən mətbəə üsulu ilə çap olunacaq. Aazad edilmiş ərazilərdə səs verəcək vətəndaşlara çatdırılacaq bildirişlərə xüsusi bir mətn də əlavə ediləcək. Bu bənd onları təbriklə bağlı olacaq. Çünki həmin ərazilərdə səs vermək Allahın lütfüdür”.


Şərhlər