Menu

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb

24.12.2023, 17:57
Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb

Son günlər Türkiyə ordusunun “Pençe-Kilit” əməliyyat bölgəsində hücumlardan sonra zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Qeyd edək ki, dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.

Son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında Türkiyənin 12 hərbçisi şəhid olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol