Menu

"Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib

24.12.2023, 23:13
"Fənərbağça" - "Qalatasaray" oyununda qalib müəyyənləşməyib

Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçirilib.

"Report" xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" "Qalatasaray"ı qəbul edib.

Qarşılaşma qolsuz başa çatıb.

44 xala malik komandalar 1-2-ci yerləri bölüşürlər. "Fənərbağça" top fərqinə görə ilk sırada qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol