Menu

Türkiyə Futbol Federasiyası "İstanbulspor"a ciddi cəza təyin edib

24.12.2023, 23:33
Türkiyə Futbol Federasiyası "İstanbulspor"a ciddi cəza təyin edib

Türkiyə Super Liqasının XVII turunda keçirilən "İstanbulspor" - "Trabzonspor" matçında baş verən qalmaqalla bağlı qərar verilib.

"Apasport.az" xəbər verir ki, oyunun 73-cü dəqiqəsində, hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, "İstanbulspor"un 3 xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub prezidenti Ecmel Faik Sarıalioğlu 3 aylıq futboldan uzaqlaşdırırlıb. O, 750 min lirə cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə "İstanbulspor" növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol