2023-cü ilin 11 ayı ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən 1 milyard 108 milyon 234 min manat sığorta haqları hesablanıb, 497 milyon 466 min manat sığorta ödənişləri həyata keçirilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə 300 milyon manatdan çox artım deməkdir. Yəni, hesablanmış sığorta haqları 26,6%, sığorta ödənişləri 24,1% artıb. Belə ki, ötən ilin 11 ayı ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən 875 milyon 132 min manat sığorta haqları hesablanmış, 400 milyon 953 min manat sığorta ödənişləri həyata keçirilib.
“AzPolitika.info”


Şərhlər