Rusiyanın “RT” kanalının sabiq şöbə müdiri Anton Krasovskini zəhərləyiblər. Kremlin ən çirkin təbliğatçılarından olan və “RT”-yə rəhbərlik edən Marqarita Simonyanın yaxın “silahdaşı” sayılan Krasovski Ukraynaya və ukraynalılara qarşı faşist çıxışları, çağırışları ilə tanınıb.
“AzPolitika.info” xəbər verir ki, Krasovski ağır formada zəhərləndiyi barədə məlumatı özünün sosial şəbəkə səhifəsində paylaşıb. Hazırda onun bir həftə ağır vəziyyətdə olduqdan sonra böyük çətinliklə özünə gəldiyi bildirilir. Krasovskinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən zəhərləndiyi güman edilir.
Belə ki, Ukraynada barəsində cinayət işi açılan bu Kreml təbliğatçısı Kiyevin “qara siyahısı”nda olanlardan biridir. Ukraynanın dövlət, ukraynalıların isə xalq kimi məhv edilməli olduğunu dəfələrlə bəyan edən Krasovski verilişlərin birində hətta ukraynalı uşaqların suda boğulmalı olduğunu demişdi: “Belələrini boğmaq lazım idi. Suda boğun belə uşaqları... Əgər deyirlərsə ki, moskvalılar Ukraynanı işğal edibər, onları dərhal gur axan çaya atırsan...Ya da Ukrayna daxmasına doldurub yandırırsan...”
“AzPolitika.info”


Şərhlər