İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında 24 saat ərzində Fələstinin HƏMAS hərəkatının istifadə etdiyi 100-dən çox obyektə hücum edib.
«AzPolitika.info» saytı TASS-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinin quru, hava və dəniz qüvvələri Qəzza zolağında terrorçuların hədəflərinə, o cümlədən terror təşkilatları tərəfindən istifadə edilən terror hücrələrinə, hərbi obyektlərə və infrastruktura zərbələr endirməkdə davam edir. Quru qüvvələrinə dəstək çərçivəsində onlarla İDF döyüş təyyarəsi HƏMAS-ın 100-dən çox hədəfinə, o cümlədən terror təşkilatının İsrail əsgərlərinə hücum etmək üçün istifadə etdiyi tunel şaxtaları, infrastruktur və hərbi qurğulara zərbə endirib”, - hesabatda deyilir.
Bundan əlavə, İsrail ordusunun Cebaliya şəhərindəki hərbçiləri İsrail tanklarından birinə partlayıcı qurğu yerləşdirməyə cəhd edən bir qrup terrorçunu müəyyən edərək məhv ediblər, ordunun məlumatında deyilir. Sektorun cənubundakı Xan Yunisdə İsrail ordusu toqquşmalardan biri zamanı “bir neçə dəqiqə ərzində ondan çox terrorçuya hücum edərək onları məhv edib”, mətbuat xidməti əlavə edib.
Rüfət
AzPolitika.info


Şərhlər