Menu

HƏMAS Misirin həll planını müzakirə edir - "Bu sənəd ciddi səylərin nəticəsidir"

26.12.2023, 18:29
HƏMAS Misirin həll planını müzakirə edir - "Bu sənəd ciddi səylərin nəticəsidir"

Fələstinin radikal HƏMAS və İslami Cihad hərəkatları Qəzza zolağı ətrafında böhranın həlli üçün Misirin təklif etdiyi planı müzakirə edirlər. 

«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, bu barədə Fələstin qruplarının nümayəndələri «Əl Hadat» telekanalına bildiriblər.

“Biz HƏMAS və [İslami] Cihad hərəkatlarının Fələstin sənədini (Misir planını nəzərdə tutur – red.) rədd etməsi ilə bağlı xəbərləri təkzib edirik”, — deyə mənbələr bildirir. “Misirin təklif etdiyi sənəd mühüm və ciddi səylərin nəticəsidir və o, əsaslı şəkildə müzakirə olunur”, - deyə onlar əlavə ediblər.

Kanalın həmsöhbətlərinin sözlərinə görə, HƏMAS və İslami Cihad Misirin vasitəçilik roluna açıqdır və Qətərin münaqişəyə son qoymaq səylərini yüksək qiymətləndirirlər.

Dekabrın 24-də “Asharq News” telekanalı mənbələrə istinadən xəbər verir ki, Misir İsrail və HƏMAS-a Qəzza zolağı ətrafındakı münaqişənin həlli üçün Fələstin anklavında bir müddətlik humanitar atəşkəsin tətbiqini nəzərdə tutan üç mərhələli plan təklif edib. Plana görə, atəşkəsin iki həftə müddətinə uzadılması, girovların və əsirlərin dəyişdirilməsi və İsrailin hərbi əməliyyatları dayandırması, tankların çıxarılması və Qəzza zolağına əlavə humanitar yardımın verilməsi nəzərdə tutulur. 

İkinci mərhələdə Fələstin rəhbərliyindəki parçalanmanın aradan qaldırılması və texnokratlar hökumətinin formalaşdırılması üçün Fələstin milli dialoqunun başlanması planlaşdırılır. 

Üçüncü mərhələ Qəzza zolağında hərtərəfli atəşkəs, İsrail qoşunlarının anklavdan çıxarılması, həmçinin radikalların əlində olan İsrail hərbi qüvvələri əsgərlərinin azad edilməsini əhatə edir. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol