“BU SAHƏYƏ KEYFİYYƏTLİ XİDMƏT SİSTEMİNİ GƏTİRMƏK LAZIMDIR” – Professor İcbari Tibbi Sığortadakı problemlərdən danışıb

“İcbari Tibbi Sığorta (İTS) ilə bağlı əsas məsələ ilk növbədə insanların sağlamlığıdır. Burada bir neçə faktora diqqət yetirmək lazımdır".

Bunu iqtisad elmləri doktoru, professor Zahid Məmmədov İcbari Tibbi Sığorta sahəsindəki problemləri “AzPolitika.info”-ya şərh edərkən deyib.

Professor hansı faktorlara diqqət yetirmək lazım olduğunu da açıqlayıb:

“Birincisi, araşdırma aparmaq lazımdır ki, İTS-nın tətbiqindən sonra bu sahədə hansı nəticələr əldə olunub? Xəstəliklərin sayı azalıb yoxsa artıb?

İkincisi, nəzərə alınmalıdır ki, xarici ölkələrdə xəstəliyin qarşısını almaq üçün daha çox ambulator, yəni poliklinika xidmətlərinə üstünlük verilir.

Üçüncüsü, müəyyən etməliyik ki, zərərli vərdişlərdən əl çəkməyib, tibbi sığortanın geniş imkanlarından istifadə edən vətəndaşlar varmı?

Dördüncüsü, vətəndaşlar pulsuz olduğu üçün bu xidmətlərdən daha geniş şəkildə istifadə edə bilirləmi? Bütün bunlar mütləq yoxlanılmalıdır”.

Professor Zahid Məmmədov qeyd edir ki, vətəndaşların ödədikləri məbləğ qarşılığında tibbi sığorta xidmətlərindən eyni səviyyədə istifadə edib-etməmələri də araşdırılmalıdır: “Nəzərə almalıyıq ki, artıq bazar iqtisadiyyatıdır. Bazar iqtidsadiyyatında hər bir insanın etdiyi ödəniş qarşılığında ona xidmət təklif olunur. Maraqlıdır ki, Siz yüksək ödənişin qarşılığında, heç ödəniş etməyən və cuzi ödəniş edən şəxslə bərabər eyni xidmətdən yararlana bilirsinizmi? Məsələn, bir adam tibbi sığorta üçün aylq 300 manat, digəri isə iki manat ödəyir. Belə olan halda onlar necə eyni xidmətdən istifadə edə bilərlər?”.

Z. Məmmədovun sözlərinə görə, sözügedən sahə ilə bağlı çox ciddi tədqiqat işlərinə ehtiyac var:“Məsələn, bu yaxınlarda Rusiyada tibbi sığorta ilə bağlı araşdırma aparılmış, nəticələr ictimaiyytə açıqlanmışdı. Bizdə də belə bir sorğu aparılmalıdır. Sual qoyulmalıdır ki, tibbi sığorta bu gün həkimləri qane edirmi? Pasientlər bu sistemdən razıdırlarmı? Düşünürəm ki, bu sorğuların nəticəsinə uyğun qərarlar vermək lazımdır”.

Bu gün İTS-nın imkanları yetəri səviyyədədir. Sadəcə bu sahəyə keyfiyyətli xidmət sistemini gətirmək lazımdır. Bu gün xəstəxanalarda iynə atsan yerə düşmür. Halbu ki, rayonlarımızda kifayət qədər yüksək səviyyəli xəstəxanalar var. Bu zaman sual ortaya çıxır ki, rayonlardan Bakıdakı xəstəxanalara axın nə ilə bağlıdır?

Bu gün baxmalıyıq ki, rayondan paytaxtdakı xətəxanalara üz tutanların sayı nə qədərdir? Bunların hamısı tədqiqatlara əsaslanan məsələlərdir. Sovet dönəmində xəstələr kurortalara göndərilirdirlər. İndi də belə br sistemə ehtiyac var. Maraqlıdır TƏBİB-in kurort sitsemi varmı, yoxdursa nə etmək lazımdır? Hesab edirəm ki, biz ölkədəki sanatoriya sistemini də genişləndirməli və inkişaf etdirməliyik”, -deyə professor əlavə edib.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Professora 2024-01-04 17:03:09

Hörmətli Professor,məsələyə açıq gözlə baxmaq,dolayı ,ümumi sözlərlə ortaya çıxmaq arzusu yanlış addımdır.Bir anlıq səhiyyənin vəziyyərinə.dərman biznesinin özbaşına buraxılmasına,səhiyyənin əhalisi kasıb hala bilərəkdən salınmış xalqın vəziyyətinə.ölüm saylarının artımına ,orta yaş həddinin aşağı düşdüyün diqqət yetirmək vacibdir.Pafoslu çıxışlardan hamı bezib.

Vətəndaş 2023-12-28 08:22:44

Hörmətli professot bit əsas şeyi unudur.Hər hansı sahəni iki yərəfli idarə etmək heç zaman,heç yerdə effekt verməyib.Səhiyyəni də parçalamaq yaxşı heç nə vəd edə bilməz.Azərbaycan o qədər də böyük dövlət deyil.Onun səhiyyəsini bir tərəfdən Səhiyyə Nazirliyi,digər tərəfdən mənasız yaranmış TƏBİB strukturu idarə edir.Bu ikili idarə yaınız ölkəyə pərakəndəlik və anlaşılmazlıq gətirmklə səhiyyə sisteminin təkmiilləşməsinə imkan verməz. Bu ağılsız arçaıanma ölkədə səhiyyənin həm keyfiyyətsizŞ,əm əhali üçün əlçatmaz eıilməsi nəticəsində ölümlərin ,xəstələrin (burada öz evində xəstəxanaya getmək imkanı olmayanları da nəzərə alsaq)sayı durmadan artır.Bu məsələ hamını düşündürür.Amma... u

Məmməd 2023-12-27 13:25:52

Həkim ekspert komissiyasında işlərkən rüşvətə görə həbs olunan adamı gətirib Zərdab baş həkim qoydular. Zərdab xəstəxanasında həkimlər xəstədən pul alması adi haldır. Deyilənə görə yeni baş həkim rüşvəti daha da leqallaşdırıb, inkişaf etdirib.

Son yazılar