Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı rus işğalçıları Ukraynaya qarşı müharibədən əl çəkənə qədər onlara itkilər verdirməkdə davam etmək lazım olduğunu düşünür.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, Zalujnı bunu bu gün Kiyevdə keçirdiyi brifinqdə deyib.
“Artıq bir dəfə demişdim ki, bu, mənim əsas səhvlərimdən biridir, inanırdım ki, düşmənə hətta bir il əvvələ qədər verdirdiyimiz itkilər onları dayandıra bilər. Bu qədər itkilər yəqin ki, istənilən ölkəni dayandırardı, amma başa düşürəm ki, bu, Rusiya Federasiyası deyil”, - Zalujnı qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı əlavə edib ki, cəbhə xəttində baş verənlər açıq-aydın görünür: Rusiya əsgərlərinin cəsədlərindən “dağlar”, hansı ki, heç kim götürməyə belə cəhd etmir.
Zalujnı əlavə edib: “Onlar hər gün orada daha çox görünür və təəssüf ki, Rusiya Federasiyasının öz xalqına münasibəti belədir”.
"Bu gün bütün bunların dayanması üçün Rusiyaya daha nə qədər itki verdirmək lazım olduğunu proqnozlaşdırmaq çətindir. Hesab edirəm ki, müharibə bitənə qədər, düşmən ölkəmizə qarşı hərbi əməliyyatlar keçirməkdən imtina edənə qədər bunu daim etmək lazımdır”, - Zalujnı vurğulayıb.
“AzPolitika.info”


Şərhlər