Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Yunanıstanda işləyə bilər.
QOL.az xəbər verir ki, bu barədə Türkiyə və Yunanıstanın bir neçə nəşri məlumat yayıb.
70 yaşlı mütəxəssisin “Panatinaikos”u çalışdıracağı bildirilib. Xəbərdə qeyd olunub ki, artıq Afina klubu Terimlə ilkin razılığa gəlib və mütəxəsis sabah müqavilə imzalamaq üçün Yunanıstana gedəcək. Tərəflər arasında 1.5 illik müqavilə imzalanacağı bildirilib.


Şərhlər