Menu

"Qəzzada müharibə aylarla davam edəcək" - Halevi

26.12.2023, 22:18
"Qəzzada müharibə aylarla davam edəcək" - Halevi

"Qəzza zolağında müharibə aylarla davam edəcək".

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib.

"Bu müharibənin mürəkkəb məqsədləri var, həm də çətin ərazidə aparılır. Ona görə də müharibə hələ çox aylar davam edəcək. İndi biz Xan Yunis də daxil olmaqla Qəzza zolağının cənubunda səylərimizi cəmləşdiririk. Həmçinin şimalda nailiyyətlərimizi davam etdirmək istəyirik”, - Halevi deyib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başladıb.

Şərhlər

İsmayıl 2023-12-27 00:08:47

Məgər Həmas İsrail torpağına hücum edib ki ? İsrail Fələstini işğal edib,yazınıza diqqət edin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol