Menu

BİR ŞƏXSİN ÖLKƏDƏN ÇIXARDIĞI 1,2 MİLYON MÜSADİRƏ OLUNUB - Baş Prokurorluq açıqladı

27.12.2023, 20:04
BİR ŞƏXSİN ÖLKƏDƏN ÇIXARDIĞI 1,2 MİLYON MÜSADİRƏ OLUNUB - Baş Prokurorluq açıqladı

"Xarici ölkələrdə olan əmlakların izlənməsi ilə bağlı Baş Prokurorluq tərəfindən işlər aparılır".

Bunu Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyevi qurumun İnstaqram sosial şəbəkədəki səhifəsində canlı yayımda deyib.

O bildirib ki, şəxsin cinayət yolu ilə əldə etdiyi pulla xarici ölkədə aldığı əmlaklarla bağlı məhkəmə tərəfindən həbs qərarı çıxarılsa, o işlə bağlı Baş Prokorurluq tərəfindən sorğu göndərilir:

“Bu yaxınlarda bir şəxsin xarici ölkə bankında olan 1 milyon 200 min manat məbləğin vəsaitinin müsadirə edilməsi ilə bağlı işlər görülüb. Azərbaycan Baş Prokurorluğunun sorğusu əsasında həmin ölkənin məhkəməsi bu işə baxıb və həmin məbləğin üzərinə həbs qoyaraq geri qaytarılması ilə bağlı qərar qəbul edilib. Yaxın zamanlarda həmin məbləğin Azərbaycana geri qaytarılması təmin ediləcək”.

Şərhlər

ƏDALƏT 2023-12-28 07:19:01

O qanun hamiya aid deyil ????

Vətəndaş 2023-12-28 05:47:32

RÖVNƏQİN BƏS?

Mubariz 2023-12-27 22:02:16

Şəxsin adı yoxdur ? Yoxsa bu da fantaziyadır ?

Vətəndaş 2023-12-27 13:30:16

Bəs nə zaman Rüstəmovun,Məmmədyarovun, Heydərovun,, Ziyanın,Əhmədzadələrin və digərlərinin xaricə qaçırdıqları vəzaitlərə STOP qoyulacaq ?Axı bu milyardlar Azərbaycan xalqının malıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol