26 dekabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
“AzPolitika.info” Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 79,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 89,7 milyon dollar, 19 dekabrda keçirilən həracda isə tələb 76,5 milyon ABŞ dolları olub.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 95 valyuta hərracında banklara cəmi 3 milyard 833,2 milyon dollar satılıb.
“AzPolitika.info”


Şərhlər