Menu

BMT və İsrail arasında gərginlik – Təşkilatın 142 əməkdaşı öldürülüb

27.12.2023, 15:38
BMT və İsrail arasında gərginlik – Təşkilatın 142 əməkdaşı öldürülüb

İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında təşkilatın nəzarətində olan hədəflərə endirdiyi zərbələr səbəbindən BMT ilə İsrail arasında münasibətlərin səviyyəsi aşağı düşüb. 

«AzPolitika.info» «Financial Times» (FT) nəşrinə istinadla xəbər verir ki, oktyabrın 7-dən bəri anklavda BMT-nin ən azı 142 əməkdaşı həlak olub, bu isə BMT tarixində ən böyük itkidir. İsrail ordusunun son iki həftə ərzində minlərlə insanın "mavi bayraq altında müdafiə tapmaq ümidi ilə" toplaşdığı Cabaliya qaçqın düşərgəsi yaxınlığındakı Əl-Faxura məktəbinə endirdiyi zərbələr ümumilikdə 36 nəfərin ölümü ilə nəticələnib. BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin məlumatına görə, münaqişə başlayandan bəri BMT obyektlərinə 188 hücum olub və nəticədə 300-dən çox insan həlak olub. Cenevrə Universitetinin beynəlxalq hüquq professoru Endryu Klapham qeyd edir ki, “beynəlxalq humanitar hüququn spesifik prezumpsiyası məktəb kimi bir binanın, hər hansı bir şübhə varsa, mülki obyekt olaraq qalmasıdır”.

FT «Stimson» Mərkəzinin baş əməkdaşı Riçard Ponziodan sitat gətirib, BMT işçilərinin ölümünə səbəb olan hərəkətlər humanitar yardımın təmin edilməsində BMT-nin mərkəzi rolunu zəiflədir və əngəllər törədir”. Qəzet BMT-nin Baş katibi Antonio Quterreşin Qəzzada atəşkəslə bağlı dəfələrlə etdiyi çağırışları anklavda humanitar böhranın artması və yardımın yalnız cüzi bir hissəsinə çatması kimi digər “ciddi fikir ayrılıqları mənbəyi” adlandırır. Bu həftə baş katib bildirib ki, İsrailin Qəzza zolağında apardığı əməliyyat üsulları anklavın əhalisi arasında humanitar yardımın paylanmasını xeyli çətinləşdirir.

İsrail də öz növbəsində iddia edir ki, BMT obyektləri Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən "mübariz qrupun nəzarətində olan, əhalinin sıx məskunlaşdığı Qəzza zolağında canlı qalxan strategiyasında örtük" kimi istifadə edilib. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol