Menu

Polşada dövlət televiziyası, radio və xəbər agentliyi ləğv edilib

27.12.2023, 22:57
Polşada dövlət televiziyası, radio və xəbər agentliyi ləğv edilib

Polşanın mədəniyyət və milli irs naziri Varfolomey Senkeviç Polşa dövlət televiziya kanalı, radio və xəbər agentliyinin ləğv olunduğunu elan edib.

«AzPolitika.info» xəbər verir ki, nazirlik “Twitter”də (X) müvafiq bəyanat dərc edib.

“Prezidentin dövlət mediasının maliyyələşdirilməsini dayandırmaq qərarı ilə əlaqədar mən Telewizja Polska S.A., Polskie Radio S.A., Polskiej Agencji Prasowej S.A. şirkətlərini ləğv etmək qərarına gəldim”, - Senkeviç deyib.

O aydınlaşdırıb ki, indiki vəziyyətdə bu, həmin şirkətlərin davamlı fəaliyyətini təmin edəcək, lazımi restrukturizasiyanı həyata keçirəcək və maliyyə çatışmazlığı səbəbindən işçilərin ixtisarının qarşısını alacaq.

Qeyd edək ki, keçən həftə Polşa prezidenti Andrzej Duda “qanunsuz ələ keçirilən ictimai mediaya” 3 milyard zlotı (təxminən 1,3 milyard AZN — red.) ayrılması ilə razılaşmadığını əsas gətirərək büdcə qanununa veto qoyub.

Əvəzində o, digər məsələlərlə yanaşı, müəllimlərin maaşlarının artırılmasını nəzərdə tutan alternativ qanun layihəsi təqdim edib.

Öz növbəsində Polşanın Baş naziri Donald Tusk qeyd olunan 3 milyard zlotinin bir hissəsini uşaqların onkologiyasının müalicəsi üçün ayırmaq istəyib və onun hökumətinin yeni büdcə qanunu layihəsi hazırlayacağına söz verib.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol