Menu

Blinken Ukraynaya yeni hərbi yardım ayrıldığını təsdiqləyib

28.12.2023, 00:42
Blinken Ukraynaya yeni hərbi yardım ayrıldığını təsdiqləyib

ABŞ administrasiyası Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketi ayırır, bu, 2023-cü ildə sonuncu olacaq.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Paketə hava hücumundan müdafiə sistemləri üçün sursat və avadanlıqlar, döyüş sursatları, 155 mm və 105 mm çaplı artilleriya mərmiləri, tank əleyhinə silahlar daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol