Menu

Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb

28.12.2023, 09:43
Bakıda 2 nəfər dəm qazından zəhərlənərək ölüb

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

“Report” xəbər verir ki, 1975-ci il təvəllüdlü Quliyev Elnur Rəhman oğlu və 2000-ci il təvəllüdlü Əliyev Elşən Hüseyn oğlu birlikdə yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol