“Paşinyan elə bilirdi ki, Qərb Azərbaycanı buna məcbur edə bilər”

“Nikol Paşinyanın fikrincə, Qərb o qədər güclüdür ki, Azərbaycanı diz çökdürməsə də, heç olmasa Ermənistan üçün əlverişli şərtlərlə sülh müqaviləsi imzalamağa məcbur edə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu politoloq, Erməni Milli Konqresinin sədr müavini Levon Zurabyan deyib.

Zurabyan hesab edir ki, Paşinyan Qarabağı Qərbin dəstəyinə “dəyişib”: “O, əvvəldən bilirdi ki, bunun əvəzi Qarabağdan imtina etməkdir. Yəni, Paşinyan Qarabağdan imtina edir, bunun nəticəsində Rusiyanın mövqeləri zəifləyir, buna cavab olaraq Qərb ona dəstək verir. Qərb onu sırf diplomatik yolla dəstəklədi, lakin işlənmiş planın həyata keçirilməsinə gəldikdə isə məlum oldu ki, Qərbin təsirinin çox ciddi məhdudiyyətləri və sərhədləri var. Bütün baş verənlərdən sonra nə qədər fəlakətli səhvə yol verdiyinizi anlamaq üçün siz Nikol Paşinyan olmalısınız. Yəni o, Qərbin Azərbaycan üzərində təsir rıçaqlarından istifadə edəcəyinə ümid edərək, birtərəfli qaydada Qarabağı qurban verdi”.

Onun sözlərinə görə, Paşinyan Rusiyanın uduzacağı, Qərbin birləşəcəyi və Rusiya Federasiyasını diz çökdürəcəyi təbliğatına inanıb. Lakin reallıqda bunun baş vermədiyini görəndən sonra yenidən Moskvaya tərəfə meyllənməli olub: “Buna inanaraq, o, Qərbə stavka etdi, Rusiyanı zəif, geri çəkilən biri kimi rədd etdi və sonra reallığın təbliğata tam uyğun gəlmədiyi ortaya çıxanda, bir qədər gecikməklə də olsa, vəziyyəti düzəltməyə çalışır”.

“AzPolitika.info”