Menu

"Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması bizim üçün bir mesajdır" - BMTM sədri

28.12.2023, 12:02
"Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması bizim üçün bir mesajdır" - BMTM sədri

“Ermənistanın Təbrizdə Baş konsulluğunun açılması siyasi bir addımdır. Bu, bizim üçün müəyyən mesajdır”.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.

Fərid Şəfiyev bu qərarın İranda yaşayan azərbaycanlılar üçün hansısa problem yaradacağını düşünmür.

O qeyd edib ki, İran suveren bir ölkə kimi Ermənistanla hansısa münasibətlər qura bilər: “Biz illərdir Təbrizdə mədəni mərkəz yaratmaq istəyirik, bu məsələ həll olunmur, lakin necə olursa, Ermənistanın təklifləri tez bir zamanda həllini tapır”.

Şərhlər

Nazim 2023-12-28 12:39:08

Çünki orada yaşayan neçə milyon azərbaycanlı hələ də haqqını tələb edə bilmir.Amma farsların fikri 100 min erməninin fikri ilə üst-üstə düşür.Başqa vaxtı deyirlər fars dili orada yaşayan xalqların hamısını birləşdirir,amma ermənilər üçün öz dillərində məktəblər,universitetlər açılmasına icazə verilir.Özü də Təbrizdə konsulluq açmaq bu Azərbaycana qarşı qıcıq yaratmaqdır.Deməli ordakı Azərbaycanlılar zəifdir ki,farslar ağalıq edir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol