Menu

BMT: Ukraynada münaqişə zonasını 1 milyondan çox insan tərk edib

29.11.2014, 10:46

BMT logo 1 Ukraynadakı münaqişə nəticəsində məcburi köçkünlərin sayı 500 minə çatıb.

APA-nın məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası İdarəsinin hesabatında deyilir.

Sənəddə 550 min nəfərin qaçqın düşdüyü, yəni ölkəni tərk etdiyi bildirilir.

Qeyd edək ki, Ukraynada münaqişə zonasında 5 milyondan çox insan yaşayır.

Hesabat müəllifləri həmçinin qeyd edirlər ki, münaqişə nəticəsində Malayziyaya məxsus təyyarənin sərnişinləri daxil olmaqla 4356 nəfər ölüb. Daha 10 min nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol