Menu

Neft qiymətləri cüzi artıb

29.12.2023, 10:11
Neft qiymətləri cüzi artıb

Dünya bazarında neft qiymətləri cüzi artıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 1 barel üçün 77,59 ABŞ dolları təşkil edib və bu, əvvəlki sessiyanın yekun qiymətindən 0,57 % çoxdur.

Nyu-York əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersləri 0,43 % bahalaşaraq 1 barel üçün 72,08 ABŞ dolları olub.

Şərhlər

Kazım 2023-12-29 12:08:53

Bu nə oyunbazlıqdır?Yazırsınız bahalaşıb,50 dəqiqə sonra isə yazırsınız 2 faiz aşağı düşüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol