Menu

"Siz düşünürdünüz ki, Rusiya Azərbaycana hücum edəcək?" - Rusiyanın Ermənistandakı səfiri

29.12.2023, 14:07
"Siz düşünürdünüz ki, Rusiya Azərbaycana hücum edəcək?" - Rusiyanın Ermənistandakı səfiri

Rusiya Ermənistanı müdafiə etməyib deməklə, Moskvanın birbaşa əks-hücuma keçməli olduğunu düşünürsünüz?

«AzPolitika.info» saytı xəbər verir ki, bu ritorik sualla OTA-ya müsahibəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin çıxış edib.

O, Azərbaycanla münaqişə zamanı Moskvanın Ermənistanla bağlı öhdəliklərini yerinə yetirməməsi ilə bağlı iradına cavab olaraq bildirib: "Rusiya Ermənistana görə Azərbaycana qarşı hər hansı həmlə edə bilməzdi. Eyni zamanda, Rusiya baş verənlərə biganə qalmadı, gərginliyin qarşısını almaq, vəziyyəti nəzarətdə saxlamaq, sülh yolu ilə nizamlanma prosesinin əsaslarının sarsıdılmaması üçün ən yüksək səviyyədə addımlar atdı və atır. Moskvanın bu regionda rolu hər zaman olub və qalır. Mən Rusiyanın Ermənistanla müttəfiqlik münasibətlərindən əl çəkməsi barədə siqnal sayıla biləcək heç bir bəyanatını da  eşitməmişəm”.

Səfir həm İranın, həm də ABŞ-ın Ermənistanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu vurğulayan bəyanatları ilə bağlı isə iddia edib ki, belə bəyanatlar verməsə də regionda hadisələrə təsir gücü Rusiyadafır: “Burada İran əsgərləri yoxdur, Rusiya sülhməramlıları var. Rusiya Federasiyası üçün vəziyyətin nəzarətdə olması və sülh yolu ilə nizamlanmanın pozulmaması vacibdir. Rusiya müttəfiqlik öhdəliklərindən yayınmır, lakin bəyanatlarında və hərəkətlərində populist ola bilməz”.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol