Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Atatürkün abidəsi önündə keçirilən anım mərasimində "Security Operation Services" Məhdud Məsuliyyətli Cəmiyyətin kollektivi iştirak ediblər.
Tədbirdə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar 100 nəfər şəxsi heyət iştirak edib.
Əvvəlcə Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra "SOS" MMC-nin əməkdaşları abidə önünə əklil qoyublar.
Şirkətin İctimaiyyətlə Əlaqələr üzrə müşaviri A.D.Əhmədova jurnalistimizə açıqlamasında bildirib ki, Türkiyə tarixi Atatürkün işğala, zülmə boyun əyməyərək böyük türk millətini milli istiqlal və azadlıq mübarizəsi ruhunda birləşdirdiyini, Anadolunun azad edilməsinə rəhbərlik etdiyini yazır .Türklərin düşmən işğalına son qoymasından və cümhuriyyətin qurulmasında türk xalqının göstərdiyi şücaətdən sonsuz bəhs etmək olar.
Müstəqil yaşamaq iradəsinin məzlum xalqların azadlıq və istiqlal mübarizələrinə nümunə olan Qazi Mustafa Kamal Atatürk ülvi hisləri ilə millətinə bağlı, müdafiə və sevgini hər şeydən üstün tutan bənzərsiz bir dövlət xadimidir. Atatürkün ən böyük əsəri olaraq xarakterizə etdiyi cümhuriyyətin 100-cü ildönümü ərəfəsində "SOS" MMC-nin rəhbər heyəti Şahdağ Milli Parkının Qızılqaya massivində yerləşən Atatürk zirvəsinə qalxaraq ziyarət ediblər.
Baş verən zəlzələ zamanı da "Securityu Operation Services" MMC-i qardaş Türkiyəyə öz maddi və mənəvi dəstəyini göstərmişdir.



Şərhlər