"Bu, öz əli ilə öz məzarını qazan, Ukraynaya hücum etmək qərarına gələn bunker siçovulunun işidir. Biz nə qədər lazımdırsa, mübarizə aparacağıq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın bugünkü raket hücumunu şərh edərkən deyib.
Danilov hesab edir ki, Ukrayna şəhərlərinə raket hücumları Rusiya Federasiyasının özü üçün əks effekt verəcək. O, qeyd edib ki, bu günü “soyuq nifrət və qaynar ürəklə” qarşılamaq lazımdır.
Danilov bu hücumun bir neçə nəticə verəcəyini bildirib. Bunların arasında ukraynalıların ruslara və rus dilinə nifrətinin daha da artması, rusluqla əlaqəli olan hər şeyin - mədəniyyətin, dilin, adət-ənənələrin maksimum dərəcədə rədd edilməsi var.
Həmçinin, Rusiyaya hər hansı güzəştə və onunla danışıqlara gedilməsi perspektivi də bağlanır: “Bu, Ukraynada hər hansı rusiyayönlü hərəkatların mövcudluğu ehtimalının məhvidir... Onlar Ukraynanı heç vaxt başa düşməyiblər və düşməyəcəklər".
“AzPolitika.info”


Şərhlər
Kəs səsini yaramaz kukla ölən sadə ukraynalıdır nə vecinə oturmusan isti yerdə bunu vaxtında fikirləşib nato avropa sevdasından vaz keçsəydiniz belə olmazdı qərbin iki üzlü maşası