Menu

CAR İsraildən Beynəlxalq Məhkəməyə şikayət edib

29.12.2023, 23:12
CAR İsraildən Beynəlxalq Məhkəməyə şikayət edib

Cənubi Afrika Respublikası (CAR) İsrailin Qəzza zolağındakı hərəkətlərinin soyqırım kimi qiymətləndirilməsi ilə bağlı Haaqada yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Bu barədə CAR-ın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Müvafiq ərizə 29 dekabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilib. Məhkəmədən tələb olunub ki, müvafiq sənədin qəbulu ilə İsrailin Soyqırım Konvensiyasından irəli gələn öhdəliklərin pozulmasını dərhal dayandırmasını təmin etsin”, - məlumatda deyilir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, respublika dəfələrlə bütün mülki şəxslərə, o cümlədən israillilərə qarşı hər hansı zorakılıq və hücumları pisləyib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol