Azərbaycanın da adının hallandığı hadisə Türkiyə futbolunun tarixinə düşəcək
Artıq məlum olduğu kimi, Azərbaycanda da çoxsaylı azarkeşləri olan Türkiyənin aparıcı futbol klubları – “Qalatasaray” və “Fənərbağça”nın Türkiyə superkuboku final oyunu baş tutmayıb.
Məsələ ilə bağlı Türkiyə Futbol Federasiyası(TFF) və sözügedən klubların birgə bəyanatı yayımlanıb. Rəsmi bəyanatda hadisənin detalları geniş əks etdirilməsə də, matçın ləğvinin əsas səbəbi kimi Səudiyyə Ərəbistanı tərəfinin Türkiyənin milli, dövlət kimliyinə hörmətsizliyi və onu alçaltmağa çalışması göstərilib. Bunun nəticəsi olaraq, oyunun təşkilində “bəzi nöqsanlar” səbəbindən “Fənərbaxça” və “Qalatasaray” futbol klubları Səudiyyə tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar.

Klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sülh, cihanda sülh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib. Həmçinin, futbolçuların oyunqabağı məşqə, azarkeşlərin isə tribunalara üzərində Atatürkün şəkli olan formada çıxmasına, eləcə də oyundan əvvəl Türkiyə İstiqlal Marşının oxunmasına icazə verilməyib.
Türkiyədə bunun necə böyük mənfi əks-səda doğuracağını öz qüsurlu qafaları ilə anlayan TFF və klub başçıları oyunu keçirməkdən imtina ediblər. Lakin Səudiyyə tərəfinin tərbiyəsizliyi bununla bitməyib. Türkiyə mətbuatının yazdığına görə, ərəblər “Qalatasaray” və “Fənərbağça” oyunçularının təyyarəsinin Türkiyəyə qayıtmasını əngəlləyiblər. Belə ki, Səudiyyə Ərəbistanı hakimiyyəti "Qalatasaray" və "Fənərbağça" futbolçularını daşıyan təyyarələrin havaya qalxmasına icazə verməyib və ləğv edilmiş Türkiyə Superkuboku matçına görə Türkiyədən 40 milyon dollar təzminat tələb edib. Ancaq hər halda, uzun çək-çevirdən sonra klublar Türkiyəyə qayıda biliblər.
Bu arada TFF başçısı Mehmet Böyükekşi oyunun təşkilatçılığı ilə bağlı bütün detalları əvvəlcədən razılaşdırmaq əvəzinə, öz yarıtmazlığına haqq qazandırmaq üçün Azərbaycanın da adını hallandırıb. O, iddia edib ki, Azərbaycan tərəfi həmin oyunun ölkəmizdə keçirilməsini istəsə də, bunu təşkil etmək üçün pulunun olmadığını bildirib: "Azərbaycan matça ev sahibliyi etməyi təklif edib, lakin onların pulu yoxdur. Səudiyyə Ərəbistanı 120 milyon dollar ödəyib, dünya ulduzlarını özünə cəlb edib. Qarşılaşmanın Səudiyyə Ərəbistanında keçirilməsi Türkiyənin imicinə faydalı olardı".
AFFA-nın mətbuat xidmətindən isə “haqqın.az”-a bildirilib ki, Superkubok oyununun Azərbaycanda keçirilməsi ilə bağlı ilkin söhbət olub, lakin heç bir təfərrüat, xüsusən də maliyyə məsələsi müzakirə olunmayıb: "Bu ilin yayında Türkiyə Futbol Federasiyasının o vaxtkı baş katibi Superkubok uğrunda oyunla bağlı AFFA ilə əlaqə saxlayıb. O bildirib ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var. Biz Superkubok uğrunda matça ev sahibliyi etməkdən məmnun olacağımızı dedik. Ancaq Türkiyə tərəfi bizimlə bir daha əlaqə saxlamadı və təbii ki, maliyyə məsələsi də müzakirə olunmadı”.
Beləliklə, TFF başçısının yalanı üzə çıxmış oldu.
Qeyd edək ki, baş verənlər Türkiyədə təkcə azarkeşlər və futbol ictimaiyyəti deyil, siyasi mühitdə və ümumilikdə cəmiyyətdə də böyük hiddətə səbəb olub. Türkiyə mətbuatında artıq TFF başqanı Mehmet Böyükekşinin istefa verdiyinə dair məlumatlar yayılıb. Bu biabırçı hadisə sözsüz ki, Türkiyə futbolunun tarixinə düşəcək. Ancaq əslində, ərəblərin puluna tamah salıb da Cümhuriyyətin 100 illiyində finalı Türkiyədə oynatmayan TFF-yə və sözügedən klubların başçılarına layiq olduqları münasibət göstərilib. Lakin təəssüf ki, bu münasibət Türkiyənin müqəddəs saydığı dəyərlərə zərbə vurmaqla göstərilib və nə Türkiyə dövləti, nə də Türkiyə xalqı bu bacarıqsız və prinsipsiz pul düşkünlərinə görə əziyyət çəkməli deyildilər.
Təbii ki, bu olay idmandan daha çox siyasi əhəmiyyət daşıyır və onun ciddi siyasi pərdəarxası var. Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin böyük əksəriyyətinin Türkiyəyə qarşı nankorluğuna birinci dəfə deyil ki, rast gəlinir. Pulları olsa da, dövlətçilik, milli kimlik, mədəniyyət və bəşəri dəyərlər sarıdan orta əsrlərdə qalan ərəb şeyxləri, kralları və s. Türkiyənin atılan dırnağı belə olmasalar da, TFF başqanı və idarəçilikdəki digər onun kimilər Türkiyə futbolunu bu gerizəkalıların ayağına aparmaqla böyük nadanlığa yol veriblər.
Ümumiyətlə, müxalif jurnalisti ölkəsinin Türkiyədəki səfirliyində doğratdıran bir zehniyyətin idarə etdiyi ölkədə İslam coğrafiyasının ən mütərəqqi, ən köklü dövləti sayılan Türkiyənin superubok oyununun nə işi vardı axı?
Cəlal Məmmədov
“AzPolitika.info”


Şərhlər
Ereblerin huneri catirsa Felestini mudafie etsin ..Turkiye bolgeden getdikden sonra Amerikanin oyuncagi oldular.Bir de ki dunyada yer qehet idi ..Erebler hec vaxt Ataturku sevmirler..sebebi de bellidir.onlarin xelifelik institiunu legv edib muasir dovlet yaratdigina gore...
Sakit: Tərtəmiz qardaş. Bu Cəlal da abartdı.
Bəlkə bir az yavaş olaq? Atatürkü maykasının yeridi ora? çıxıb futbollarını oynamalıydılar.
Ereb hemishe satilmish ve alchaq olur