Menu

Məşhur britaniyalı aktyor vəfat edib

30.12.2023, 23:13
Məşhur britaniyalı aktyor vəfat edib

“Yataq otağında” (“In the Bedroom”,2001) və Maykl Kleyton (“Michael Clayton”,2007) filmlərindəki rollarına görə iki dəfə məşhur “Oskar” mükafatına namizəd olan britaniyalı aktyor Tom Uilkinson 75 yaşında vəfat edib.

Bu barədə britaniyalı aktyorun ailəsi məlumat verib.

Hələlik aktyorun hansı səbəbdən vəfat etməsi açıqlanmayıb. 

Əlavə edək ki, aktyor Britaniya imperiyasının ordeni ilə də təltif edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol