Menu

Qəzzada səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib

31.12.2023, 00:52
Qəzzada səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib

“İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı bütün məqsədlərə çatana qədər çox aylar davam edəcək”.

“Report” xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail əməliyyatlarda əhəmiyyətli uğur qazanıb, xüsusən də Qəzza zolağında səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib:

“Qələbənin əldə edilməsi daha çox vaxt tələb edir. Müharibə hələ çox aylar davam edəcək. Mənim siyasətim aydındır - müharibənin bütün məqsədlərinə nail olunana qədər mübarizəni davam etdirmək. Biz HƏMAS-ın İsrail üçün daha təhlükə yaratmamasını təmin edəcəyik. Müharibə tam sürətlə gedir. Biz bütün cəbhələrdə vuruşuruq”.

Şərhlər

Sənan 2023-12-31 13:09:55

Onlar məhv olmur Şəhid olur

İsmayıl 2023-12-31 07:42:54

8 həmas döyüşçüsü olar saxtakar ! Həmas hər gün əsgərlərini cəhənnəmə göndərir və yayımlayır,sən də bacarırsan göstər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol