Menu

BelTA haker hücumuna məruz qalıb

31.12.2023, 18:42
BelTA haker hücumuna məruz qalıb

Belarus Teleqraf Agentliyinin (BelTA) saytı haker hücumuna uğrayıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, təqribən saat 13:50-də (Bakı vaxtı ilə saat 14:50-də) saytda hökumət əleyhinə yazılar yerləşdirilib.

Həmçinin hakerlərin yerləşdirdiyi yazıda iddia edilib ki, saytın domen kontrollerləri zədələnib və 90 GB verilən (daxili sənədlər, mühasibat və işçilərin şəxsi məlumatları) çəkilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol