Yaponiyanın qərbində 7,4 bala çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Beş metr hündürlükdəki sunami dalğaları Yaponiyanın qərb sahillərindəki bölgələrə çatıb.

Yerli sakinlərdən dərhal sahilyanı ərazini tərk etmələri və ya binaların damlarına çıxmaları tələb olunub.

İşikava prefekturasında bütün sürətli qatarların hərəkəti dayandırılıb.

Eyni zamanda, bütün ölkə ərazisində güclü zəlzələlər barədə xəbərdarlıq sistemi üçüncü dəfə işə salınıb - yerli sakinlərə bildirilib ki, yeni təkanlara hazır olsunlar. (oxu.az)