Menu

“2024 müharibəyə hazırlığın zirvə ili olacaq” - Şimali Koreya lideri

01.01.2024, 13:12
“2024 müharibəyə hazırlığın zirvə ili olacaq” - Şimali Koreya lideri

Şimali Koreya lideri Kim Çen In hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulun məhv ediləcəyi ilə hədələyib.

Kim Çen In müvafiq bəyanatı Şimali Koreya ordusunun komandirləri ilə Yeni il görüşündə səsləndirib.

O vurğulayıb ki, Pxenyan düşmənləri məhv etmək üçün bütün supergüclü silah arsenalından istifadə etməyə hazırdır.

KXDR lideri əlavə edib ki, 2024 müharibəyə hazırlığın gücləndirilməsi üçün zirvə ili olacaq. (Mənbə: Kcna.kp)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol