Menu

Rusiyanın Bryansk vilayətinə növbəti dəfə PUA hücumu olub

01.01.2024, 15:01
Rusiyanın Bryansk vilayətinə növbəti dəfə PUA hücumu olub

Rusiyanın Bryansk vilayətinə növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

“Report” xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Boqomaz teleqram kanalında yazıb.

O bildirib ki, Rusiya ordusunun elektron döyüş sistemləri Ukraynaya məxsus PUA-ları zərərsizləşdirib: "Hücum nəticəsində dağıntı və itki olmayıb".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir müddət əvvəl də Bryansk vilayətinə Ukrayna tərəfinin PUA-larla hücum etdiyi barədə məlumat yaymışdı.

Şərhlər

Tərlan lətifov 2024-01-01 17:00:54

Ukraynadan Rusiyanın Bryansk vilayətinə yaxılmalıdır

Tərlan Lətifov 2024-01-01 16:57:20

Azpolitika yeni ildə sərxoş olub. Rusiya Bryanska hücum etməyib. QHava hücumunun qarşısını alıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol