Yaponiyada 7,6 maqnitudalı zəlzələ nəticəsində İsikava əyalətində 100-dən çox binaya zərər dəyib, bəziləri dağılıb.
APA-nın xəbərinə görə, bu barədə NHK telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
İsikava əyalətinin qonşuluğundakı Toyana əyalətində də dağıntılar var.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimas Xayasi minimum 6 evin dağıldığını, dağıntılar altında insanların qalmasının istisna edilmədiyini bildirib.
***
Yaponiyada 4 dəqiqə ara ilə 7,6 və 6,3 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələlər İsikava və Niiqata əyalətlərində qeydə alınıb.
Yaponiyanın qərb sahillərini sunami vurub.
Bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.
Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür.
Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.


Şərhlər