Menu

“Yüzlərlə nişan ləğv olunub, rayonlardan gələn xəbərlər möhtəşəmdir” – “DİN elə böyük iş gördü ki...”

01.01.2024, 18:00
“Yüzlərlə nişan ləğv olunub, rayonlardan gələn xəbərlər möhtəşəmdir” – “DİN elə böyük iş gördü ki...”

"İlk dəfə baş verdi. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı".

"AzPolitika.info" xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə deyib. 

"Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv olunub, geri qaytarılıb", - o əlavə edib.

O, qeyd edib ki, Şamaxı, Ağsu, Sabirabad, Lənkəran, Kürdəmirdən və başqa rayonlardan gələn xəbərlər möhtəşəmdir.

"Daxili İşlər Nazirliyi gördü ki, profilaktika ilə mümkün deyil, insanlar bu əməllərindən əl çəkmir. DİN-in bir dəfə "yetər!" deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs, ağır cəza olmalı idi. Biz BACARDIQ!" - K. Ağazadə vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rayon Polis Şöbəsində istintaq hərəkətləri davam etdirilir.

Bir müddət əvvəl Sabirabad rayon Qaralar kəndində 12 yaşlı qıza nişan mərasimi keçirilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

"AzPolitika.info"

Şərhlər

Şahnaz 2024-01-02 13:26:34

Yalan məlumatlarla ortaya çıxmaq.mən də varam demək,özünü namuslu,dəqiqi işçi olduğunu sübut etmək cəhdlərinin mənası varmı?Bir söz eşidən kimi yuyulmamış qaşıq kimi ortaya atılmaq? Xanım yüzlərlə belə halı harada görüb?Heç olmasa bir-ikisini sadalasın.belə səs küylə özünü göstərməklə bu xanım nə demək istəyir?Guya öz terində işlər qaydasındadır?Yalançının evi yandı,heç kim inanmadı misalı yerinə düşür.Belə yalançılarla hara gedirik?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol