Vəkil Zaur Məmmədov intihar edib. “Qafqazinfo”nun məlumatına görə, Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının yanında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirb
“Report” xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov hadisə ilə bağlı açıqlama verib:
“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.
Kollegiya ilə onun arasında isə hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”, - deyə o bildirib.
Sədr Zaur Məmmədovun yaxınlarına baş sağlığı verib.

Şərhlər
Anar Bağırov Vəkillər Kollegiyasına sədr təyin olunduğu gündən savadlı, yüksək pal toplayan namizədlərin vəkil olmasına imkan verməyib . Onun dövründə Vəkilliyə Test imtahanları vüeənlərin topladığı bala görə araşdırılsa hər şey ictimaiətə məlum olacaqdır. Vəkilinin özünü intihar etməsi, Vəkillər Kollegiyasının iş fəaliyyətinin araşdırılması məqsədə uyğun hesab edilir. Vəkillər Kollegiyasında vaxt itirmədən kadr islahatları aparılmalıdır !
Bu Məmləkətdə Hüquqlarımızı qorumagı peşəsi sayan yeganə qalan vəkillər idi. Onlar isə öz hüquqlarını artıq intihar ilə həll etmək istəyirlər. Deməli sonumuza az qalır. Allah nicat versin