Menu

ABŞ-da həbslər davam edir

29.11.2014, 12:33
ABŞ-da həbslər davam edir

Şəhərdə baş verənlər iri ticarət mərkəzlərinin bağlanmasına səbəb olub

ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində 18 yaşlı Maykl Braunu güllələyən polisə bəraət verilməsinə qarşı aksiyalar davam edir. Aksiyalar zamanı son sutka ərzində 15 nəfər həbs edilib.

Missuri Polis Departamentinin məlumatına görə, onlar Ferqyuson şəhər polis idarəsinin binası qarşısında həbs ediliblər. Polis onların qanunsuz olaraq Vest Florissant prospektini bağladıqlarına görə həbs edildiklərini bildirib.

Ferqyuson şəhərində son günlər baş verən iğtişaşlar Sent Luis rayonunda üç iri ticarət mərkəzinin müvəqqəti olaraq bağlanmasına səbəb olub. /Associated Press

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol