Fransa beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki gərgin vəziyyətə dair hər hansı addımlar atmadığı təqdirdə, Fələstinin müstəqilliyini tanıyacağını bildirib. Artıq Fransa hüquqşünasları dekabrın 2-də səsvermə keçirməyi planlaşdırırlar. Bu haqda “Deutshce Welle” yazır.
İsrailin mövzu ilə əlaqəli göstərdiyi səylərə baxmayaraq, Fransa xarici işlər naziri Loran Fabius 28 noyabr tarixli çıxışında "Biz gecikmədən Fələstin dövlətinin tanınması ilə əlaqədar lazım olanı etməliyik" şəklində açıqlama verib.
"Münaqişənin qəti həlli üçün beynəlxalq konfrans təşkil edilə bilər. Fransa Fələstin dövlətinin tanınması prosesində ilkin təşəbbüsü öz üzərinə götürməyə hazırdır. Rəsmi Paris inanır ki, Aİ, Ərəb liqaslı və BMT-nin Təhlükəsizlik Şurası münaqişənin həllində əllərindən gələni edəcəklər. Lakin bütün bunlar nəticə verməsə, münaqişə həll edilməmiş qalsa, o zaman Fransa Fələstinin müstəqilliyini tanıyacaq", - deyə o bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu isə Fransanın bu addımını "böyük səhv" kimi adlandırıb.
"Onların Yaxın Şərq münaqişəsinə qarışmaqdan savayı görə biləcəkləri daha xeyirli iş yoxdurmu?", - deyə Netanyahu əlavə edib.
Fələstinin müstəqilliyinə dəstək
Noyabrın 28-də fransız hüquqşünaslar Fələstinin azadlığının tanınması məsələsi ilə bağlı dekabrın 2-si üçün səsvermə planlayıblar. Bu cür planlama Britaniyada 3 oktyabr, İspaniyada 18 noyabr və artıq Fələstini müstəqil dövlət kimi tanıyan İsveçdə isə 3 oktyabrda aparılıb.İlkin səsvermə nəticələrinə görə, Fransa əhalisinin 63%-i Fələstinin müstəqilliyinin tanınmasının lehinədir.
Fələstinlilər 1967-ci ildə müharibə yolu ilə İsrail tərəfindən işğal edilmiş torpaqlarında dövlətçiliyin axtarışındadırlar. Qeyd edək ki, Fələstin rəhbərliyi Təhlükəsizlik Şurasına 2016-ci ildə bütün işğal edilən ərazilərdən İsrailin tam çıxarılmasını tələb edən qətnamə layihəsi təqdim etməyi planlaşdırır. /eunews.az/


Şərhlər