Menu

Bayram günlərində zəhərlənmə şübhəsi ilə bağlı KTM-ə 56 müraciət daxil olub, biri ölüb

06.01.2024, 14:16
Bayram günlərində zəhərlənmə şübhəsi ilə bağlı KTM-ə 56 müraciət daxil olub, biri ölüb

Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub.

KTM-dən "Report"a verilən məlumata görə, müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir, digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol