Menu

Şimali Koreya Sarı dəniz istiqamətində 60 mərmi atıb

06.01.2024, 16:11
Şimali Koreya Sarı dəniz istiqamətində 60 mərmi atıb

Şimali Koreya yanvarın 6-da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb.

“Report” Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl, yanvarın 5-də komitə KXDR sahil artilleriyasının Sarı dənizdə yerləşən Yonphyondo və Pennyondo adalarına doğru 200-dən çox mərmi atdığını məlumat vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol