Menu

Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb

06.01.2024, 16:21
Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

“Report” xəbər verir ki, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.

Beləliklə, prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın 2023-cü il dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.
MSK-nın 2023-cü il dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edilib. Dekabrın 31-də isə namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Şərhlər

Azər 2024-01-06 22:19:27

Sərvan Kərimov kimdir bilmirəm, amma mən ona səs verəcəm… Sadalananlardan pis olmaz, hər halda…:)

Mahir 2024-01-06 22:16:32

Məzi öz repertuarında…,

Camal Vəzirov 2024-01-06 20:27:35

MSK-nın saxtakarlığı artıq üzdədir.Bir düşünün,40000 vətəndaş ad soyadı,yaşadığl adres göstərilməklə və konkret olaraq Zahid Oruca və ya Raz iHurullayevə öz imasını qısa 4-5 gün içində verə bilər? Axı onların ölkədə, cəmiyyət içərisində hansı hörməti,işi,milləti qane edə bilib ki,qısa müddətdə 40000 tərəfkeş,özü də 60 məntəqədən onu Prezident görmək istəyib?Bu saxtakarlığı sübut etmir?

Vətəndaş 2024-01-06 20:19:24

Namiz'əl'rin adlarına baxanda adam bilmir gülsün,yoxsa ağlasın.gülmək ona görə gəlir ki, bu adamlarə hansı ağılla və nəyi hesablayıb özlərini ortaya atır.Ağlamaq ona görə tutu ki.gör Azətbaycanə nə günə salıblar ki,orada görünəcək adamlar müxtəif təzyiqlərlə kənarda saxlanılır.

BAKILI 2024-01-06 20:01:20

40 min imzani bunlar harada yigiblar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol