Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Bu barədə Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
***
Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatı barədə xəbərlər yayılıb.
“Report” xəbər verir ki, xanəndənin sənət dostları bununla bağlı paylaşım edərək, Aygün Bəylərin vəfatından təsirləndiklərini ifadə ediblər.
Mədəniyyət Nazirlyindən bildirilib ki, onun haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:
"Hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək".
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.
***
Əməkdar artist Aygün Bəylər vəfat edib.
“Report” xəbər verir ki, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.
Allah rəhmət eləsin.

Şərhlər
ALLAH REHMƏT ELESİN,DƏYƏRLİ SƏNƏTKARIMIZA.ELƏ BİL HİSS EDİRDİ VİDA KONSERTİ VERDİ
Heyif! ALLAH RƏHMƏT ELƏSİN HÖRMƏTLI SƏNƏTKARIMIZA. O QƏDƏR ÖLMƏLİ MİLLƏTİN QANINI İÇƏNLƏR VAR. KAŞ ONLARDAN BİEİ CƏHƏNNƏMƏ VASİL OLARDI
Yerin cənnət olsun mehriban Xanım!