Menu

Ötən il Dövlət Neft Fondu AÇG-dən 7 milyard dollara yaxın gəlir əldə edib

08.01.2024, 10:27
Ötən il Dövlət Neft Fondu AÇG-dən 7 milyard dollara yaxın gəlir əldə edib

2023-cü ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 2 milyard 989,8 milyon ABŞ dolları və yaxud 30,23 % azdır.

Xatırladaq ki, 2023-cü ildı ARDNF AÇG-dən 9 milyard 889 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Şərhlər

Anti-siyasi İqtisadçı Mirzə 2024-01-08 12:31:18

Tam-müstəqil təminatlı ölkəmiz orta illik 2-3 milyard dollarlıq iqtisadi düşğünü ölkəmiz nələrlə, hansı tədbirlərlə dolduracaq, əvəzləyəcək? Təbiətən 2017ci ildən gözlənən bu iqtisadi çökməyə qarşı namizədlərin hər hansı əsaslı məram və tədbirləri hər bir seçici üçün daha maraqlı deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol