Menu

General Xaçaturov yenidən həbs edilə bilər – Prokurorluq şikayət verib

08.01.2024, 14:01
General Xaçaturov yenidən həbs edilə bilər – Prokurorluq şikayət verib

Prokurorluq Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu,üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbsə alınmasını tələb edir.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Qriqori Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi tələbi ilə şikayət verib.

Xatırladaq ki, cinayət işi torpaq sahəsinin özgəninkiləşdirilməsindən gedir. Qriqori Xaçaturova qarşı cinayət təqibi xidməti vəzifəsindən istifadə etməklə xüsusilə külli miqdarda törədilmiş cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddəsi ilə başlanıb.

Prokurorluğun məlumatına görə, söhbət Seyran Ohanyanın müdafiə naziri olduğu dövrdə Qriqori Xaçaturova fəaliyyətsiz hərbi hissənin alqı-satqısından gedir.Həmin ərazi üçüncü şəxsin adına rəsmiləşdirilib. İş üzrə 13 nəfər, o cümlədən Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ittiham olunur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol