Menu

“Ruslar mart ayına qədər cəbhəni yarmağa çalışacaqlar” – Hərbi ekspert

08.01.2024, 14:05
“Ruslar mart ayına qədər cəbhəni yarmağa çalışacaqlar” – Hərbi ekspert

Ukrayna Silahlı Qüvvələri rusları müəyyən bir məsafədə saxlaya bilər, lakin onların hücum edib, irəliləməyə gücü yoxdur.

“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Stupak deyib.

“Düşünürəm ki, mart ayına qədər ruslar cəbhə xəttində təşəbbüsə yiyələnməyə çalışacaqlar. Rusların Xarkova hücum edəcəyi sadəcə qeybətdir. Lakin Xarkov vilayətində həqiqətən də rusların hərbi dəstələri və tank bölmələri var. Nəzəri baxımdan ruslar hələ də döyüş qabiliyyətlərini qoruyub-saxlayırlar. Düşünürəm ki, onlar Kupyansk istiqamətində cəbhə xəttini yarmağa cəhd edə bilərlər”,-deyə o bildirib.

Ekspertin sözlərinə görə, Xerson vilayətinin Ukrayna üçün böyük perspektivləri var.

“Pilotsuz təyyarələrə görə, bizim orada hava üstünlüyüm mövcuddur. Keçən il cəmi 48 saat ərzində 5 limanın itirilməsindən sonra Rusiya aviasiyasının Xersondakı fəaliyyəti minimuma enib”,-deyə ekspert qeyd edib.

Ekspert Ukrayna ordusunun rusların hücumlarının qarşısını ala biləcəyini, lakin əks-hücuma keçə bilməyəcəyini deyib. O, hərbi sursata mümkün qədər qənaət etməli olduqlarını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol