Menu

İsrail Qəzzadakı müharibəyə bu qədər vəsait xərcləyib

08.01.2024, 15:16
İsrail Qəzzadakı müharibəyə bu qədər vəsait xərcləyib

İsrail Qəzza zolağında HƏMAS-a qarşı başlatdığı müharibəyə 60 milyard dollar xərcləyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” nəşri məlumat yayıb.

Nəşr “3 ayda vəziyyətin çərçivəsi” başlıqlı məqalədə İsrailin hələ hədəflərinə çatmadığını bildirib.

Xəbərdə İsrail ordusunun oktyabr ayında Qəzza zolağında başlatdığı quru əməliyyatında bir çox taktiki uğurlar əldə etdiyini, lakin HƏMAS-ın hərbi imkanlarının məhvi, həmçinin israilli məhbusların xilas edilməsi kimi hədəflərinə çata bilmədiyini qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol