Menu

FTX-nin 3 yüksək rütbəli əməkdaşı həbs edildi – 5 milyardlıq rüşvət ittihamı irəli sürülüb

08.01.2024, 16:14
FTX-nin 3 yüksək rütbəli əməkdaşı həbs edildi – 5 milyardlıq rüşvət ittihamı irəli sürülüb

Rusiya İstintaq Komitəsi Fedral Təhlükəsizlik Xidmətinin (FTX) üç zabiti - Aleksey Tsarev, Sergey Manyışkin və Aleksandr Uşakova qarşı ümumilikdə beş milyard rubl məbləğində rüşvət işi üzrə istintaqa başlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Hər üç müttəhim Rusiya Federal Təhlükəsizlik Xidmətinin korrupsiyaya qarşı mübarizə ilə məşğul olan “M” şöbəsində xidmət edib.

TASS-ın məlumatına görə, Aleksandr Uşakov həbs edilib və ona xidməti vəzifəsindən istifadə edərək cinayətkar birlik təşkil etmək ittihamı verilib. Uşakov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsinin 3-cü bəndi ilə də (vəzifə mövqeyindən istifadə edərək cinayətkar birliyin təşkili) ittiham olunur.

Sergey Manyşkin və Aleksey Tsarev isə ev dustaqlığındadırlar. Onlar istintaqla əməkdaşlığa gedərək cinayət ortaqlarının əleyhinə ifadə veriblər.

235-ci Qarnizon Hərbi Məhkəməsi Tsarev və ManyışkinİN ev dustaqlığı ilə bağlı məlumatı təsdiqləyib, lakin başqa şərh verməkdən imtina edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol