Menu

Milli Məclisin sədr müavini İrana gedir

08.01.2024, 18:06
Milli Məclisin sədr müavini İrana gedir

Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Fəzail İbrahimli yanvarın 9-da İran İslam Respublikasının Tehran şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfərdə vitse-spiker Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının komitələrinin iclaslarında iştirak edəcək.

Səfər yanvarın 11-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol