Menu

MSK bələdiyyələrin adını və seçici sayını açıqladı

29.11.2014, 15:05
MSK bələdiyyələrin adını və seçici sayını açıqladı

Mərkəzi Seçki Komissiyası seçki dairələri üzrə bələdiyyələrin adını və seçici sayını açıqlayıb. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri 118 seçki dairəsini əhatə edir. 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir.

“Media forum” saytı xəbər verir ki, noyabrın 28-də Mərkəzi Seçki Komissiyasının iclasında səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kameraların quraşdırılmasına qərar verilib. Komissiyanın iclasında bələdiyyə seçkilərində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

MSK-da Müasir Müsavat, Demokratik İslahatlar, Sosial Demokrat, Böyük Quruluş, Ana Vətən, Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ümid və Milli Dirçəliş Hərəkatı partiyalarının səlahiyyətli nümayəndələri də qeydiyyatdan keçib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol